Türkiyə mövcud Konstitusiyaya görə irəli gedə bilməz.
Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Konstitusiyanın yenidən yazılmasını təklif etdiyi çıxışın yayımı "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“Hazırkı konstitusiya ilə irəliləməyə davam edə bilmərik. Mən bunu milli vəzifə hesab edirəm”, - Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, 1921 və 1924-cü il Türkiyə konstitusiyalarını çıxarsaq, qalanları qəyyumluq direktivləri ilə yaradılıb.
Xatırladaq ki, Ərdoğan mayın 15-də müttəfiqi, Türkiyə Milliyyətçi Partiyasının (MPR) lideri Dövlət Baxçalı çevriliş cəhdi ehtimalı ilə bağlı xəbərdarlıq etdikdən sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə iclas çağırmışdı. Baxçalı demişdi ki, hakimiyyətə qarşı sui-qəsd ola bilər və təkcə bir neçə polisin işdən çıxarılması ilə işin öhdəsindən gəlmək mümkün deyil.
Adəm Abbaslı