Səkkiz Amerika qəzeti "Microsoft"a və "ChatGPT" çatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldıraraq şirkətləri müəllif hüquqlarını pozmaqda ittiham edib.
Publika.az xəbər verir ki, "Axios" bu barədə məhkəmə sənədinə istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, investisiya nəhəngi "Alden Global Capital"a məxsus səkkiz nəşr müəllif hüquqlarının pozulmasına görə "OpenAI" və "Microsoft"u məhkəməyə verib.
İddianı "New York Daily News", "Chicago Tribune", "Orlando Sentinel", "South Florida Sun Sentinel", "San Jose Mercury News", "Denver Post", "Orange County Register" və "Paul Pioneer Press" qaldırıb.
Nəşrlər şirkətləri milyonlarla müəllif hüquqları ilə qorunan məqalələri lazımi icazə və ya ödəniş olmadan oğurlamaqda ittiham edir.
2023-cü ilin dekabrında Amerikanın gündəlik qəzeti "The New York Times" (NYT) müəllif hüquqlarının pozulması səbəbindən Microsoft korporasiyasına və intellektual "ChatGPT" "OpenAI" çatbotunun yaradıcısına qarşı məhkəmə iddiası qaldırıb. İddiaya görə, "OpenAI" və "Microsoft" milyonlarla NYT məqaləsi üzərində süni intellekt (AI) sistemlərini öyrədiblər.
Hüseyn İbadlı