02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Müəmmalı xəstəliyini ən yaxın köməkçilərindən də gizlədib

31 yan 2024 14:00
GÜNDƏM
ads

Keyt Middltonun ən yaxın köməkçilərinin də onun xəstəliyindən xəbəri olmayıb. 


Bu barədə "Six Page" məlumat yayıb. Nəşrin sarayla əlaqələri olan mənbələri iddia edir ki, müəmmalı xəstəlik hətta Middletonun işçiləri üçün də sürpriz olub. Hersoginyanın xəstəxanaya yerləşdirməsi kral ailəsinin dostlarından da gizlədilib. "Page Six" mənbələrinə görə, belə məxfilik Keyt Middlton və onun əri Şahzadə Uilyamın şəxsi həyatlarını müdaxilədən qorumağa çalışmaları ilə izah olunur.


Yanvarın 29-da Keyt Middlton qarın nahiyəsindən əməliyyat olunduqdan sonra xəstəxanadan evə buraxılıb. O, 14 gün xəstəxanada yatıb. Xəstəxanaya yerləşdirmənin səbəbi açıqlanmasa da, kral ailəsinin nümayəndələri əməliyyatın planlı olduğunu və xərçənglə bağlı olmadığını bildiriblər.


Ehtimal olunur ki, Middleton appendisit, öd daşı və ya yumurtalıq kistası səbəbindən də xəstəxanaya yerləşdirilə bilər. Əməliyyatın başqa bir səbəbi yırtıq ola bilər ki, bu problemlə hətta gənc və atletik insanlar da üzləşirlər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur