01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İranda azərbaycanlı prezident seçildi: Pezeşkian qalibdir

06 iyl 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.

Publika.az xəbər verir ki, bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.

Onun bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi.

İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb.

İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.

***

İranda keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.

Publika.az ölkə mediasına istinadən xəbər verir ki, bu vaxta kimi 22 milyondan çox səs sayılıb.

Hazırda Məsud Pezeşkian 12.250.000, Səid Cəlili isə 10.300.000 civarında səs toplayıb.

Qeyd edək ki, İran Seçki Qərargahı seçkilərdə 30 milyon seçicinin iştirak etdiyini açıqlayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur