Braziliya millisinin hücumçusu Endrikin "Real"da təqdimat mərasiminin tarixi dəyişib.
Publika.az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb.
Klub 17 yaşlı futbolçunun təqdimatını iyulun 27-nə təxirə salıb. Ancaq bu addımın hansı səbəbdən atıldığı məlum deyil. Tədbirin məkanı isə dəyişməyib - "Santyaqo Bernabeu" stadionu.
Qeyd edək ki, "Los Blankos" əvvəlcə iyulun 26-da Endriki təqdim etmək istəyirdi.
Heybət