"Sportinq Kansas Sityi" MLS çərçivəsində baş tutacaq"İnter Mayami" ilə matçı daha böyük arenaya keçirib.
Publika.az xəbər verir ki, buna səbəb Florida təmsilçisinin kapitanı Lionel Messi olub. "Kanzas Siti"nin prezidenti Ceyk Ridin sözlərinə görə, "İnter Mayami" ilə matç görünməmiş maraq doğurub.
Klubun əsas ev oyunlarını keçirdiyi stadion 18 mindən bir qədər çox tamaşaçı tutumuna malikdir. Bu səbəbdən oyunu NFL-in "Kanzas Siti Çyefs" komandasının arenasına keçirmək qərara alınıb. Stadionun tutumu 76 mindən bir qədər çoxdur.
"Lionel Messinin Midvestdə ilk MLS oyunu olacaq bu matçı "Arrouhid" stadionunda keçirmək imkanı xüsusilə həyəcanvericidir, çünki regionumuz bu yay Amerika Kuboku matçlarına və 2026-cı ildə Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşır", - deyə Rid bildirib.
Qarşılaşmanın bilet satışına yanvarın 16-da start veriləcək. Onların qiyməti 65 dollardan başlayacaq. Qarşılaşma isə aprelin 14-də baş tutacaq.
Heybət