UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində baş tutan “Aston Villa” - “Olimpiakos” matçında (4:2) hər kəsi həyəcanlandıran hadisə yaşanıb.
Publika.az xəbər verir ki, ikinci hissənin startı bir neçə dəqiqə gecikib. Buna səbəb birmingemli azarkeşlərdən birinin infarkt keçirməsi olub. Zərərçəkmiş tribunadan çıxarılaraq xəstəxanaya aparılıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 9-da keçiriləcək.
Heybət