Bir neçə aydır harada və səhhətinin necə olması müzakirə edilən Böyük Britaniya şahzadəsi Keyt Middleton küçədə həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntülənib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” yayıb.
Nəşr Keytin Vindzorda həyat yoldaşı ilə fermer mağazasına baş çəkdiyini yazıb.
Şahidlərin sözlərinə görə, 42 yaşlı Uels şahzadəsi xoşbəxt, gümrah və sağlam görünüb.
Xatırladaq ki, Middletonun fotoları 2023-cü ilin dekabrından paylaşılmayıb. Şahzadənin birdən-birə “yoxa çıxması” dünya mediasında və Britaniyada müzakirələrə və müxtəlif fərziyyələrə səbəb olub. Bir çoxları Middletonun görünməməsi fonunda onun şahzadə Uilyamdan boşanması, ağır xəstəliyə düçar olması, əməliyyatdan sonra komaya düşməsi kimi iddialar səsləndirib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri Keytin dünyasını dəyişməsini, bəziləri isə onun əməliyyat zamanı uşaqlığının çıxarılmasını iddia ediblər. (qafqazinfo)