Ukrayna prezidenti Vladimir Zelenskinin Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin (AFU) baş komandanı vəzifəsindən azad etmək qərarı 1000 kilometrlik cəbhə boyu qoşunların mənəviyyatına zərbə vura bilər.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Agentlik qeyd edir ki, Ukrayna liderinin belə bir hərəkəti “müharibənin başlamasından təxminən iki il sonra rus qoşunlarının üstünlük əldə etdiyi bir vaxtda böyük qumardır”.
Eyni zamanda məqalədə ABŞ müdafiə nazirinin müavini Selest Uollanderin Zalujnının istefasından sonra bu vəzifəni tutan Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırski haqqında fikrindən sitat gətirilir. Onun sözlərinə görə, o, Amerika tərəfinin artıq işləmək imkanı əldə etdiyi “təcrübəli, uğurlu komandirdir”.
Tural