Krasnoyarsk diyarının Suxaya Balka kəndində yeniyetmələrin plastik hədəflərə atəş açması məktəblilərdən birinin yüngül xəsarət alması ilə nəticələnib.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Suxaya Balka kəndinin kənarında baş verib. Bir qrup yeniyetmə pnevmatik silahlarla plastik hədəflərə atəş açıb. Bu zaman 16 yaşlı oğlan daha bir atəş açıb, tərslikdən güllə onun yuxarı dodağını deşib.
Yeniyetmə xəstəxanaya gedib, ona ilkin tibbi yardım göstərilib. Uşağın ailəsi polisə ifadə verməyib, onun dostlarından birindən pnevmatik tapança aldığı məlum olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun