Türkiyəli aktrisa Fatma Karanfil İstanbulda xərçəng xəstəliyindən vəfat edib.
Publika.az xəbər verir ki, “Muhteşem Yüzyıl” serialının məşhur ulduzunun ölümü ilə bağlı məlumat onun IMDb verilənlər bazasındakı səhifəsində yer alıb.
Onun 72 yaşı olub. Hələlik vida yeri və vaxtı açıqlanmayıb. Saytın məlumatına görə, Karanfil döş xərçəngi ilə mübarizə aparırdı və son günlərini özəl klinikada keçirib.
Fatma Karanfil məşhur serialda iştirakı sayəsində məşhurlaşıb. Uzun müddət Türkiyənin cazibədarlığının simvollarından biri hesab olunurdu.
Aktrisa karyerasına 1960-cı illərdə başlayıb, filmlərdə və televiziya seriallarında rol alıb, uzun müddət davam edən dram seriallarında işləməyə üstünlük verib.
Ulduz xəstəliyi haqqında ilk dəfə 1990-cı illərin sonlarında xəbər tutub. Buna baxmayaraq, o, remissiyaya nail ola bilib və setdə işləməyə davam edib.
Hüseyn İbadlı