Rusiya Silahlı Qüvvələri Parisin Ukraynaya göndərəcəyi fransız qoşunlarını məhv edəcək.
Publika.az xəbər verir ki, bunu Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.
"Biz Ukrayna ərazisinə gələn bütün fransız əsgərlərini öldürəcəyik. Onların hamısını", - BFMTV kanalına müsahibəsində sədr müavini onları fransızca hədələyib.
Qeyd edək ki, Fransa lideri Emmanuel Makron Qərb qoşunlarının Kiyevə göndərilməsinin mümkünlüyünü inkar etməyib. Daha sonra o, Fransanın Ukraynada quru əməliyyatları keçirməsi ehtimalını da etiraf edib .
Cəmilə