Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasında “ukraynalıların yaşadığı tarixi ərazilər” haqqında fərman imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mə\tbuatı məlumat yayıb.
“Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır”, - deyə fərmanı şərh edən Zelenski bildirib.
Bundan əvvəl o, Ali Radaya ikili vətəndaşlığa icazə verən qanun layihəsi təqdim etdiyini açıqlamışdı. Sənədə əsasən, ruslar istisna olmaqla, digər ölkələrdən olan etnik ukraynalılar respublikanın pasportunu ala biləcəklər.
Tural