29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dünyanın sonuna hazırlıq: Milyarderlər bu ölkədə sığınacaq tikirlər

24 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Əvvəllər sadəcə bir paranoid düşüncə olan qiyamət indi bir çoxları üçün kabusa çevrilib.

Publika.az xəbər verir ki, məşhur adlar da sağ qalmaq üçün qalalar və sığınacaqlar tikirlər. ABŞ vətəndaşlarının təxminən üçdə biri hazırlıq gördüyünü etiraf edir. Amerikalılar təkcə 2022-ci ilin aprelindən 2023-cü ilin aprelinə qədər sağ qalmaq üçün 11 milyard dollar xərcləyiblər.

Araşdırmalara görə, fəlakətə ən çox hazırlaşanlar 1997-ci ildən sonra doğulan "Z" nəsli yetkinləridir. Finder sorğusuna görə, onları yüzdə 40 faizi 2022-ci ildə "qiyamət günü təchizatı"na pul xərcləyib.

Keçən ilin sonunda Mark Zukerberqin Havay adasındakı fermasının altında öz enerji, qida mənbələri və partlayışa davamlı qapıları olan 100 milyon dollarlıq gizli qala tikdiyi məlum olub.

"Amazon"un qurucusu Ceff Bezos bu yaxınlarda Mayamidəki Indian Creek adasında 79 milyon dollara malikanə alıb və rəsmi olaraq Mayamiyə köçdüyünü açıqlayıb.

Milyarderlərin bunkerlər qurmasının bir neçə səbəbi ola bilər. Fəlakət ssenarilərindən qorunma, sosial və siyasi qarşılıqlı əlaqə, mediadan və ictimaiyyətdən uzaqlaşmaq, qeyri-müəyyənliklərə hazır olmaq, özünü təmin edən sistemlərlə ekoloji fəlakətlərə davamlı olmaq istəyi.

"PayPal" həmtəsisçilərindən biri olan Reid Hoffman fəlakət zamanı gizlənmək üçün Yeni Zelandiyanın uyğun olduğunu deyib. "Google"un həmtəsisçisi olan milyarder Larri Peyc də Yeni Zelandiyada yaşamaq icazəsinə malikdir.

Sahibkar Mihai Dinulescu 2020-ci ildə COVID-19 pandemiyasının başlaması ilə həyat yoldaşı ilə birlikdə Yeni Zelandiyaya qaçıb.

Bu prosesə hətta şirkətlər də qoşulub. Məsələn, "Rising S" Yeni Zelandiyada 14 sığınacaq tikdiyini bildirib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur