4 silahlı soyğunçu İstanbulda yükdaşıma şirkətinə girərək işçiləri hədələyib.
Publika.az verir ki, 4 nəfər dəbilqəli şəxs İstanbulun Fatih Fevziye küçəsində yerləşən yükdaşıma şirkətinə daxil olub. Onlar tapança ilə şirkət işçilərini qorxudublar.
Şübhəlilər seyfdəki pulu götürüb və nömrəsiz iki motosikletə minərək qaçıblar. Motosikletlər az sonra küçədə atılmış vəziyyətdə tapılıb.
Polis təhlükəsizlik kameraları sayəsində soyğunçuları müəyyən edib.
Şübhəlilər Mehmet A. və Sezer A. tutularaq həbsxanaya göndərilib. Doğan D. və M.İ. isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.
Həmin görüntüləri təqdim edirik:
https://t.me/publika_azz/175
Roza Şəfiyeva