UFC promoşnunun baş direktoru Dana Uayt aprelin 13-dən 14-nə keçən gecə Las-Veqasda (ABŞ) keçiriləcək yubiley UFC 300 turniri haqqında danışıb.
Publika.az xəbər verir ki, o təsdiqləyib ki, UFC-nin hazırkı ağır çəkidə çempionu (120 kq-a qədər), ulduz amerikalı Con Cons tədbirdə çıxış etməyəcək.
“Pərdə arxasında çox şey gedir. UFC 300 haqqında indi bildiyiniz hər şey sabah sözün əsl mənasında dəyişə bilər. Vəziyyət hər gün dəyişir. İndi baş verənlər əsl dəlilikdir.
Xeyr, Cons turnirdə iştirak etməyəcək. Bir neçə təfərrüatımız qalıb və sonra əsas hadisə üzərində işləməyə davam edəcəyik. Bu günə kimi əsas hadisə ilə bağlı heç nə məlum deyil. Nə təşkil etmək istədiyimi bilirəm, amma etməyə çalışdığım və uğur qazandığım şeylər çox fərqli şeylər ola bilər. Hər şeyi özüm dəyişməsəm,” Essential Sports Uaytdan sitat gətirir.