Kremlin mətbuat katibi Dmitri Peskov Amerikanın “Abrams” tankının şimal-qərb müdafiə zonasında ilk dəfə məhv edilməsi ilə bağlı məlumatı şərh edib.
Publika.az xəbər verir ki, tankın Avdeyevka ərazisində məhv edildiyi bildirilir. Yanan tankın videosunu əks etdirən kadrlar da mediada yayılıb.
“Əmin olun, “Abrams” tankları da digərləri kimi yanacaq”, - Peskov bildirib.
Mövcud məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri “Abrams”dan 2023-cü ilin payızından istifadə edir. ABŞ rəsmiləri
Ukraynaya 31 tank ötürdüklərini bildiriblər.