29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Ermənistan ərazi bütövlüyümüzə qəsd etməkdə davam edir"

09 fev 2024 10:00
GÜNDƏM
ads

Azərbaycan tərəfindən təhlükə mifini şişirdən Ermənistan bizim ərazi bütövlüyümüzə “de-fakto” qəsd etməkdə davam edir.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, müxtəlif vasitəçilərə münasibətdə yaranmış etimadsızlıq səbəbindən Bakı və İrəvan son zamanlar artıq öz konkret bəhrəsini verən ikitərəfli birbaşa təmaslar formatına üstünlük verirlər. Xüsusən, ötən ilin dekabrında hər iki tərəfdən saxlanılmış şəxslərin azad olunması üzrə tərəflərin əldə etdikləri razılaşmalara və Bakıda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq iqlim konfransı kontekstində qarşılıqlı diplomatik dəstəyə istinad edilir.

“Ermənistan və Azərbaycan artıq yetərincə yetkin dövlətlərdir, öz aralarında qalmış problemləri özləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürətlə davam edir”, -deyə Elçin Əmirbəyov iri aktorların kənardan qərəzli müdaxiləsinin sülh sazişini iki əks blokun geosiyasi rəqabəti teatrında risk altında olduğu barədə hazırda gündəmdə olan fikirlərin fonunda vurğulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur