Tanınmış televiziya ulduzu Kseniya Sobçakın sözlərinə görə, Nastya İvleyevanın qalmaqallı "çılpaqlar məclisi" haqqında Rusiya prezidenti Vladimir Putinə məlumat verən Nikita Mixalkov olub. O, nəinki bu barədə danışıb, həm də reper Vacionun ədəbsiz videosunu göstərib.
Publika.az xəbər verir ki, Kseniya bu barədə "Telegram" kanalında yazıb.
"Əgər qarşıma məqsəd qoymuşamsa, ona nail oluram. Nəhayət ki, prezidentə şənlik haqqında kimin məlumat verdiyini öyrənə bildim. İki mənbə əminliklə və təfərrüatlı şəkildə o adamın Nikita Mixalkov olduğunu bildirdi. O, nəinki məlumat verib, həm də ədəbsiz videolar göstərib və 666 şeytan partisini şərh edib", - aparıcı qeyd edib.
Ksenya əlavə edib ki, Putin Mixalkovu sevir və ona hörmət edir, ona görə də kinorejissor lazım olanda öz mövqeyini çatdırmağa, arqumentlər irəli sürməyə, fikrini bildirməyə və öz nöqteyi-nəzərini kifayət qədər inandırıcı şəkildə çatdırmağa qadirdir. Sobçak əmindir ki, Rusiya hakimiyyətinin şənliyə sərt reaksiyası, o cümlədən onun Filip Kirkorov və Lolita Milyavskaya kimi iştirakçılarına qarşı sanksiyaları ancaq bununla izah oluna bilər. Sobçakın özü də məclisdə olub və sonradan üzr istəyib. O, üzr istəməkdən imtina etmədiyini, sadəcə olaraq bu qədər qalmaqalın yaranmasına kimin səbəbkar olduğunu və buna görə “kimə təşəkkür edəcəyini” bilmək istədiyini vurğulayıb.
Mixalkovun ulduza cavabı isə gecikməyib. O da teleqram kanalında aparcıya ictimai cavab verib və bildirib ki, prezidentlə müzakirə edəcəyi daha vacib və maraqlı mövzular var, nəinki Kseniyanın "qorxmadan iştirak etdiyi həyatın gerontoloji bayramı".