29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Öd kisəsindəki daşlar xərçəngə səbəb olur?

17 fev 2024 00:00
GÜNDƏM
ads
Advertisement

Öd kisəsində çox iri daş çox təhlükəlidir.

Publika.az xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov öd kisəsi daşlarının hansı halda xərçəngə səbəb olduğunu bildirib.

“Bədxasəlli şiş təhlükəsi daşın ölçüsündən asılıdır. Daş nə qədər iridirsə, bir o qədər xərçəng təhlükəsi var.

Öd daşı xəstəliyi hər 10 nəfərdən 2-də var. Çox xəstələr simptomsuz daş gəzdirənlər olur, onların öd kisələrində daş olmasından xəbəri olmur.

Öd daşı xəstəliyinin əlaməti sağ qabırğaaltında ağrı, ağızda zəhər dadıdır, insan gəyirir.

Amma çox xəstələrdə bunlar olmur.
Daş böyük olduqda və öd yollarını tutduqda, artıq şiddətli ağrı tutmaları və ürəkbulanma olur.

Əslində öd xırda daşları, qumu özü kənara ata bilir. Öd şirəsi hasil etdikdə kisə yığılıb açılır, məhz bu zaman öd şirəsi ilə birgə mikroskopik daşlar da kisəni tərk edir.

Əgər daş çox iridirsə, öd yollarından keçə bilmir və orda ilişir.

Məhz burda ilişib qalan daş orda iltihab yaradır, mədəaltı vəzi təhlükəyə atır, bu zaman xroniki panktreatit və gələcəkdə mədəaltı vəz, öd kisəsi xərçəngi riski yarana bilir”.(Medicina.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur