Uçuş zamanı qapısı qopan Alyaska Hava Yollarına məxsus təyyarədə olan sərnişin telefonu həmin vaxt salondan düşüb.
Publika.az xəbər verir ki, “Boeing 737-9” təyyarəsi ABŞ-ın Oreqon ştatında Portlenddə məcburi eniş edib, çünki uçuş zamanı təyyarənin gövdəsinin bir hissəsi qopub və sərnişin salonunda təzyiq azalıb.
Hadisə vaxtı telefonu 4,8 min metr hündürlükdən düşən sərnişin təyyarə yerə endikdən sonra onu tapdığını bildirib. O, telefonun demək olar ki, zədələnmmədiyini iddia edib.
Təyyarənin qopmuş qapısı Portlend sakininin həyətinə düşüb.
Tural