29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Bu, regionda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir" - Ərdoğan

05 sen 2024 04:00
GÜNDƏM
ads

Türkiyə və Misirin töhfəsi regionda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir.

QÜTB.AZ xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 4-də Ankarada misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə birgə mətbuat konfransında söyləyib.

Türkiyə liderinin sözlərinə görə, Ankara və Qahirə regionda öz hərəkətlərini fəal şəkildə əlaqələndirir və bir çox məsələlər üzrə yaxın mövqelərdədirlər:

“Əbdül Fəttah əs-Sisi ilə danışıqlar zamanı Şərqi Aralıq dənizi, Suriya, Liviya, Sudan və Afrika Buynuzu ölkələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Biz qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi barədə razılığa gəldik”.

Türkiyə Prezidenti fevral ayında reallaşan Qahirəyə səfərini dövlətlərarası əlaqələr üçün “dönüş nöqtəsi” adlandırıb.

“Ölkələrimiz tarix boyu bəşəriyyətin inkişafına rəhbərlik etmiş sivilizasiyaların beşiyi olub. Türkiyə ilə Misir arasındakı münasibətlərin kökləri çox qədimlərə gedib çıxır. Gələn il Ankara və Qahirə diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edəcək”, - deyə Ərdoğan vurğulayıb.

O, tərəflərin ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün fəal şəkildə çalışdıqlarını bildirib:

"Biz sənaye, ticarət, müdafiə, səhiyyə, ətraf mühitin mühafizəsi və enerji sahələri də daxil olmaqla, əməkdaşlığı inkişaf etdirmək əzmindəyik".

Misirin dövlət başçısı da öz növbəsində regionda humanitar böhranların həlli üçün Ankara ilə dialoqun əhəmiyyətini vurğulayıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
  • USD
    1.70
  • EUR
    1.77
  • TRY
    0.05
  • RUBL
    0.02
Teglər

© 2022 - Bütün müəllif hüquqları qorunur