29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb

20 iyn 2024 12:00
GÜNDƏM
ads

Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb.

Publika.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur: "Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar".

Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.

ADY dəmir yolu sahəsində hərəkətin təhlükəsizliyinin təmin olunması, qaydalara riayətin vərdiş hal alması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə təlimlər təşkil edir, sakinlərlə davamlı görüşlər keçirir, maarifləndirmə kampaniyaları aparır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur