Gəncə şəhəri və ətraf bölgələrdə yağan yağış bir sıra fəsadlar yaradıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində rayonun Aşıqlı kəndi ilə rayon mərkəzini birləşdirən hissəsini sel suları basıb.
Nəticədə Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobilərin hərəkəti dayanıb.
Bundan başqa sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırıqları gətirib.
Hazırda əraziyə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlər gedir.
Milli.Az