Ukrayna münaqişəsi Çexiya və Slovakiya arasında fikir ayrılığına səbəb olub.
Publika.az xəbər verir ki, bunu “Washington Post”-un köşə yazarı İşan Tharoor qeyd edib.
Məqalə müəllifinin sözlərinə görə, Slovakiya rusiyayönlü kursa sadiq qaldığı üçün ölkələr arasında gərginlik çox güman ki, daxili siyasi mübarizə ilə diktə olunur. Eyni zamanda, bu ölkələrin əhalisi arasında da oxşar hadisələr hökm sürür.
“Hər iki ölkədə kritik elektorat kütləsi Qərbə şübhə ilə yanaşır və münaqişənin həlli ilə bağlı Rusiyanın şərhini gözləyir”, - materialda deyilir.
Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fiko yaxın keçmişdə bildirib ki, Çexiya Ukraynaya görə Slovakiya ilə münasibətləri təhlükə altına alıb.
Cəmilə