Sağlam insanın gündəlik çorək norması 2-3 dilimdir. Bir şərtlə ki, çörək tam taxıldan, kəpəkli və faydalı qatqılı olsun.
Publika.az xəbər verir ki, həkim, immunoloq Marina Apletaeva kimlərə ağ çörəyin tamamilə qadağan oluna biləcəyini açıqlayıb.
“Əgər insanda piylənmə, insulin dirənci, şəkərli diabet varsa, ağ çörək, ümumiyyətlə, emal edilmiş undan imtina etməlidir. Kəpəkli çörək isə mədə-bağırsaq xəstəliyi olanlara olmaz.
Tam taxıldan, dənəli çörək istənilən insan, istənilən xəstəlikdə yeyilə bilər.
Amma bu çörəyi də sutkada 3 dilimdən çox yeməyin.
Hər faydalı çörək hər orqanizm üçün uyğun olmaya bilər. Çörək rasionda digər faydalı maddələrlə balanslaşdırılmalıdır.
Çörəyə müxtəlif tumlar, qoz qatmaq mümkündür. Bu əlavə olaraq, çörəyin yağlılıq və vitaminini artıracaq.
Amma çörəyə müxtəlif əlavələr edəndə mütləq həkimlə məsləhətləşin.
Çörəyə nə qata bilərsiz:
- Kətan toxumu – Omeqa 3, lif və linolin turşusu ilə zəngindir
- Balqabaq tumu – maqniy, dəmir və s. zəngindir
- Günəbaxan tumu – maqniy, E vitamin
- Qoz, badam, fındıq – çörəyə fərqli dad verir, antioksidant təsir
-
Qlüten həssaslğı olanlar qlütensiz undan istifadə etsin”.