Pekin Filippini Çinin ərazi suverenliyini pozmamağa və Cənubi Çin dənizi regionunda təxribatları dayandırmağa çağırır.
Publika.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Renai Çin və Filippin gəmilərinin toqquşmasını şərh edərkən deyib .
“Filippin tərəfi bir daha Çin qarşısında öhdəliklərini pozdu və Renai rifinin sularında Çinin hüquqlarına hücumlar və təxribatlar həyata keçirdi. Çin bir daha Filippini dənizdə pozuntuları və təxribatları dayandırmağa və vəziyyəti çətinləşdirə biləcək heç bir addım atmamağa çağırır”, - diplomat bildirib.
Daha əvvəl məlum olmuşdu ki, Filippinin ABŞ-la hərbi əməkdaşlığını “aqressiv” Çinə görə genişləndirir. Filippin Müdafiə Nazirliyinin rəhbəri Gilberto Teodoronun sözlərinə görə, Manila və Vaşinqtonun ittifaqı “son dərəcə güclüdür”.
Tural