Bu gün Parisdə 2024-cü il Olimpiadasında badminton üzrə növbəti görüşlər keçirilir.
Publika.az xəbər verir ki, kişilərin fərdi yarışında Edi Reski Dviçayo (Azərbaycan) ilk qrup matçında Kollins-Valentin Filimon (Avstriya) ilə üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 2:0 (21:18, 21:11) hesabı ilə məğlub edib.
İyulun 31-də Eddi Anders Antonsenlə (Danimarka) qarşılaşacaq. Qarşılaşma saat 18:30-da başlayacaq. O, bu görüşdə qalib gələcəyi halda qrup lideri kimi növbəti mərhələyə adlayacaq.