Hazırda Bakıda və Abşeron yarımadasında sulu qar yağır.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Sarıbaş, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 15-18 m/s, Beyləqanda 22 m/s, Naftalan, Balakən, Zaqatalada 18 m/s, Mingəçevirdə 17 m/s, Biləsuvarda 16 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, dağlıq rayonlarda 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.