ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları və əleyhdarları Nyu-Yorkda məhkəmə binası qarşısında toqquşublar, orada münsiflər heyəti onu sənədləri saxtalaşdırmaqda təqsirli bilib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" xəbər yayıb.
Bildirilir ki, toplaşanlar söz davasına çıxıb və indiyədək hücuma məruz qalmadan mübarizə aparıblar. Baş verənləri gücləndirilmiş polis dəstələrinin izlədiyi bildirilir.
Xatırladaq ki, bundan əvvəl Manhetten cinayət məhkəməsinin münsiflər heyəti Trampı 34 iş üzrə biznes sənədlərinin saxtalaşdırılmasına görə cinayət ittihamı üzrə təqsirli bilib. Məhkəmənin hökmü oxuyacağı tarix iyulun 11-nə təyin edilib.
Adəm Abbaslı