Braziliyanın xarici işlər naziri Mauro Vieira İsrailin bu ölkədəki səfiri Daniel Zonşeyni danışıqlar üçün çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "G1" portalı xəbər verib.
Məlumata əsasən, buna səbəb Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsraildə "persona non-qrata" elan edilməsi olub.
Bildirilib ki, Səfirdən bazar ertəsi Rio-de-Janeyrodakı Xarici İşlər Nazirliyinin sarayında görünməsi xahiş olunub.(trend.az)