UEFA Çempionlar Liqasının 2023/24 mövsümünün qalibi bəlli olub.
Publika.az xəbər verir ki, Madrid təmsilçisinin qələbəsi Azərbaycan çempionu "Qarabağ"ın işinə yarayıb.
Belə ki, "Kral klubu" çempion olduğu üçün Ağdam təmsilçisi Çempionlar Liqasının 2024/25 mövsümünə II təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, finalda "Borussiya"nı (Dortmund) 2:0 hesabı ilə məğlub edən "Real" mövsümünün qalibi olub. ("Offsideplus")