Yıldız Tilbə və İbrahim Tatlısəs 15 ildən sonra barışıblar.
Publika.az xəbər verir ki, Tatlısəs Bodrumda səhnəyə çıxan Yıldız Tilbəyə 100 qırmızı qızılgül göndərib.
Səhnədən əvvəl sənətçi Tatlısəslə barışması ilə bağlı mətbuata açıqlama verib:
“Çox gözəl gün idi. Keçmişdən, xatirələrdən danışdıq. Sevindik və kövrəldik”.
Yıldız Tilbə güllər üçün İbrahim Tatlısəsə təşəkkür edib. O, səhnədə "Mavi Mavi" mahnısını səsləndirib.
Aysel Şahmar