"Rusiya Qərb ölkələrinə hücum etməyi planlaşdırmır, çünki onun hərbi doktrinası ciddi müdafiə xarakteri daşıyır".
Publika.az xəbər verir ki, bunu fransalı tarixçi Emmanuel Todd "L" ə müsahibəsində bildirib
Lakin NATO ölkələrinin demoqrafik və əhali baxımından üstünlüyünü nəzərə alaraq, Rusiyaya təhlükə yaranarsa, onun xalqı və dövləti taktiki nüvə silahı ilə qabaqlayıcı zərbə endirmək qərarına gələ bilər. Todd ümid edir ki, Qərb liderləri bu doktrinadan xəbərdardırlar.
Moskva dəfələrlə vurğulayıb ki, o, heç bir NATO ölkəsi üçün təhlükə yaratmır, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də məhəl qoymayacaq. Rusiya hər zaman dialoqa açıqdır, lakin bərabərhüquqlu əsasdadır və Qərb Avropanın militarizasiyası istiqamətində kursundan əl çəkməlidir.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya NATO ilə birbaşa hərbi toqquşmaya can atmır, lakin kimsə bunu başlamaq istəsə, Moskva buna hazırdır.
Həmçinin Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Qərb Ukraynada uduzur, ona görə də onun anti-Rusiya təxribatları həyata keçirmə ehtimalı çox yüksəkdir. O əmindir ki, Qərbin yeni anti-Rusiya təxribatları uzunmüddətli effekt verməyəcək. Onun sözlərinə görə, indi yalanlar tez aşkarlanır.
Xatırladaq ki, Emmanuel Toddın SSRİ-nin dağılacağı ilə bağlı öncdən verdiyi proqnozlar özünü doğrulmuşdu.
Hüseyn İbadlı