29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur

28 apr 2024 11:00
GÜNDƏM
ads

Həkimlər SPF ilə kremlərdən istifadə edərək özümüzü günəşin mənfi şüalarından qorumağı tövsiyə edirlər. Amma bir nüans var: bu zaman orqanizmdə D vitamini istehsal olunmur. Əgər D vitamini bədəndə çox az olarsa, dəri xərçəngi inkişaf edə bilər.

Publika.az xəbər verir ki, bu sözləri kimyaçı, Biokimyəvi Fizika İnstitutunun biopolimerlərin funksional xassələri laboratoriyasının müdiri Maria Semyonova Gazeta.ru-ya açıqlamasında deyib.

"SPF kremləri dərini ultrabənövşəyi şüalardan qoruyur. Həkimlər həmçinin qorunmaq üçün açıq rəngli paltarlar, papaq və günəş eynəyindən istifadə etməyi məsləhət görürlər. Əlbəttə, bu cür sanitar qoruyucular dərini aqressiv ultrabənövşəyi şüalardan qoruyur, lakin fakt budur ki, SPF-lər həm də xərçəngin inkişafına səbəb ola bilər.

D vitamini - ultrabənövşəyi radiasiyanın vurduğu ziyana qarşı dərinin daxili müdafiəsidir. Vitamin çatışmazlığı dərinin vaxtından əvvəl qurumasına və hiperpiqmentasiyasına, elastikliyini itirməsinə, qırışların və qızartıların yaranmasına səbəb olur. Ona görə də D vitaminini xüsusilə payız-qış dövründə qəbul etmək etmək lazımdır", - Semyonova yekunda məsləhət görüb.

Onun sözlərinə görə, D vitaminini yağlı kapsullarda istifadə etmək daha yaxşıdır. Bu lipofilik qidalandırıcıdır, buna görə də D vitamininin tablet formasını qəbul etdikdə, demək olar ki, sorulmur.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur