"Mançester Siti" PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə imzalamağı düşünür.
Publika.az xəbər verir ki, bu barədə "Bola Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İspaniya nəhəngi Mbappeyə az maaş təklif edib. Ulduz futbolçu bundan narazıdır. İngiltərə klubu bu məqamdan istifadə etməyə hazırlaşır.
Mənbə əlavə edir ki, Kilian "Kral klubu"na keçmək üçün maaşın azaldılmasına hazır idi. Lakin Madrid rəhbərliyinin təklif etdiyi maliyyə şərtləri çox aşağıdır. Bu da danışıqların vektorunu kökündən dəyişə bilər.
Artıq Mbappenin nümayəndələrindən birinin “Mançester Siti” ilə danışıqlar masasına əyləşdiyi və ilkin müzakirələr aparıldığı iddia olunur.
Heybət