Sərhədlərimiz daxilində və xaricində PKK terror təşkilatına qarşı sona qədər mübarizə aparacağıq.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib, ailələrinə, yaxınlarına, Türkiyə xalqına başsağlığı verib.
Nazir habelə yaralı əsgərlərin tezliklə sağalmasını arzulayıb.
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub, daha bir neçə nəfər yaralanıb.
Bölgədə antiterror əməliyyatları davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.