"Qəbələ" klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Publika.az xəbər verir ki, o, öz istəyi ilə postunu tərk edib.
2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb. Kərimov mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
"Qəbələ" Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Heybət