“Əl Nəsr”in baş direktoru Qvido Fienqa Kriştiano Ronaldonun gələn mövsüm də klubda qalacağını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib.
Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi “Əl-Nəsr”ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub, 13 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.