“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda Zaqreb “Dinamo”su ilə oyunda (9:2) poker edib.
QÜTB.AZ xəbər verir ki, Keyn bununla ingilis futbolçular arasında Çempionlar Liqasında ən çox qol vuran "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runinin (30) rekordunu qırıb. 31 yaşlı futbolçunun aktivində 33 qol var.
Üçüncü yeri Çempionlar Liqasında 27 qolu olan Rahim Sterlinq tutur.
Qeyd edək ki, Keyn həm də Çempionlar Liqası matçında penaltidən üç qol vuran ilk oyunçu oldu.
Qutb