Yevlaxda 33 yaşlı kişi özünü öldürüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Raqif oğlu Əjdərli özünə məxsus stomatoloji kabinetdə intihar edib.
Onun naqildən asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Bildirilir ki, bu ayın 28-də N.Əjdərlinin qardaşının toyu planlaşdırılırmış.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az