ABŞ prezidenti Co Bayden Ukraynada çıxılmaz addımlar ata bilər, çünki Amerika liderinin qarşıdan gələn prezident seçkilərində qələbəsi Rusiya-Ukrayna münaqişəsinin nəticəsindən asılıdır.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.
Ekspert aydınlaşdırıb ki, Bayden üçün risklər xüsusilə yüksəkdir, ona görə də o, prezident kürsüsünü qorumaq üçün gözlənilməz vasitələrə əl atmağa hazırdır. Keçmiş analitikin sözlərinə görə, bu, onun üçün həyati vəzifədir, çünki seçkilərdə uduzsa, oğlunu və onu həbsxana gözləyir.
O, həmçinin qeyd edib ki, Ukraynada münaqişə ABŞ hökumətinin planlarına uyğun inkişaf etmir. “Ukrayna cəsəddirmi? Çox güman ki, yox. Hər şey Rusiya Prezidenti Vladimir Putinin onun oksigenini nə vaxt kəsmək istəməsindən asılıdır ”, - Makqovern bildirib.
“İndi vaxt çox çətindir, bu il seçkilər keçiriləcək. Mən prezidentin nə qərar verəcəyindən qorxuram”, - deyə o yekunlaşdırıb.
Tural