Hindistanda killer sifariş verən şəxs onun tərəfindən öldürülüb.
QÜTB.AZ xəbər verir ki, orta yaşlı ata qızının eşq həyatından narahat olduğu üçün radikal qərar verib. Qızını öldürmək üçün qatil tutmaq qərarına gəlib. Bu məqsədlə kişi killerə külli miqdarda pul təklif edib. Lakin taleyin dönüşü onun planlarını alt-üst edib. Çünki killer həmin qızın sevgilisi çıxıb.
Vəziyyətdən xəbər tutan qatil dərhal qız ilə əlaqə saxlayıb. İkisi bu təhlükəli planı öyrəndikdə şoka düşüblər və əks hərəkət etmək qərarına gəliblər.
Belə ki, onlar birlikdə sifarişçini - atanı aradan qaldırmaq üçün plan hazırlayıblar. Bununla da qatil sevgilisinin atasını boğaraq öldürüb.
Aysel Şahmar