PSJ baş məşqçi Luis Enrike ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Paris klubu Çempionlar Liqasının yarımfinalında Dortmund "Borussiya"sı ilə duellərin nəticəsindən asılı olmayaraq ispan mütəxəssislə yeni sözləşmə imzalamaq niyyətindədir.
Luis Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, 54 yaşlı məşqçi 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi altında komanda cari mövsümdə vaxtından əvvəl Fransa çempionu olub.
Heybət