Almaniyada zooparkda saxlanılan yarasa ora gələn bir ziyarətçinin gödəkçəsinin altında gizlənərək oradan qaçıb.
QÜTB.AZ bu barədə məlumatı Almaniya KİV-lərindən əldə edib.
30 yaşlı Elina Ofele, keçən həftə kiçik oğlu ilə Karlsrue zooparkında yarasa mağarasında gəzdiyini söyləyib. Sonra evə qayıdıb pencəyini çıxaranda, yerə yarasa düşüb.
Qadın heyvan mütəxəssisi ilə əlaqə saxlayıb və yarasanı yaxşı qidalandırmaq və rahat saxlamaq üçün ballı su və banan olan qutuya qoyub.
Ertəsi gün əri və oğlu yarasanı zooparka qaytarıblar.
Zoopark sözçüsü yarpaqburun yarasanın öz yaşayış yerinə qaytarıldığını və yaxşı vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, belə bir hadisə, yəni yarasanın zooparkdan ziyarətçi ilə birlikdə qaçması ilk dəfə baş verib.
Adəm