Müğənni Xatirə İslam həyat yoldaşı və oğlu ilə tətilə yollanıb.
Qütb.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, ifaçı tətil üçün Birləşmiş Ərəb Əmirliklərini seçib.
Əbu-Dabi şəhərinə gedən Xatirə sosial media hesabındakı paylaşımları ilə də diqqətləri üzərinə cəmləməyi bacarıb.
O, ailəsi ilə birlikdə gəzintilərindən foto və videolarını "Instagram" hesabında yayımlayıb.
Diqqətçəkən məqamlardan biri isə İslam ləqəbli müğənninin çarşab taxaraq çəkdirdiyi video olub. Xatirə çarşabı onun üçün düzəldən ərəb bəylə video çəkilərkən bu sözləri deyib:
"Axır ki, özümə bir "şeyx" tapdım".
Müğənninin səyahəti bunlarla bitməyib. O, gün ərzində müxtəlif məkanlarda olaraq, istirahətin dadını çıxardıb.