02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır - Türkiyə XİN

30 mar 2025 14:00
DÜNYA
ads

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

 

Qutb.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

 

Qeyd olunub ki, həmçinin Suriyada sabitliyin bərpası üçün addımlar atılmalıdır: “Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının təməl daşı olan hərtərəfli və əhatəli siyasi prosesi dəstəkləməyə davam edəcək”.

 

Vurğulanıb ki, hökumətin qurulması Suriyanın siyasi keçid prosesini irəlilətmək iradəsini nümayiş etdirir. Rəsmi Ankara bu qərarı məmnunluqla qarşıladığını diqqətə çatdırıb.

 

Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəraa yeni Nazirlər Kabinetinin formalaşması münasibətilə öz xalqını təbrik edib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur