Misir yaşadığı iqtisadi böhran səbəbindən paytaxt Qahirənin 350 kilometr şimal-qərbində, Aralıq dənizi sahilində yerləşən Ras Əl-Həkmə bölgəsini 22 milyard dollara Birləşmiş Ərəb Əmirliklərinə satmağa qərar verib.
Publika.az xəbər verir ki, ərəb mətbuatında yayılan xəbərlərdən sonra Misir Azad Zonalar Administrasiyasının baş direktoru Hussam Heiba məlumatı qismən təsdiqləyib. O, Ras Əl-Həkmə bölgəsinin inkişafı üçün BƏƏ-dən konsorsium seçildiyini elan edib.
Misir rəsmisi BƏƏ-nin bölgəyə 22 milyard dollar sərmayə qoyacağını və layihənin maliyyələşdirilməsi, inkişafı və idarə olunması ilə Əbu-Dabi administrasiyasının məsuliyyət daşıyacağını bəyan edib.
Aysel