02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Almaniyada proses başladı: Ordu türklərə verilir

25 yan 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Almaniya orduda boşluğu aradan qaldırmaq üçün müxtəlif üsullara əl atır. Son olaraq türklərin sıx yaşadığı yerlərdə “Dəniz donanmasının bir parçası olun” yazılan afişalar yerləşdirilib.

Publika.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumundan sonra Almaniya ordusu Avropada mümkün müharibə ssenarilərinə qarşı hazırlıqlarını artırır. Eyni zamanda kadr boşluğunu aradan qaldırmağa çalışır.

Məqsəd hazırda 183 min olan hərbi qulluqçuların sayını 2031-ci ilə qədər 203 minə çatdırmaqdır.

Türklərin cəmləşdiyi bölgələrdə asılan plakatlarda türkcə yazılmış “Donanmamızın bir parçası olun” ifadəsi diqqət çəkir.

Posterdəki QR kodu Almaniya Silahlı Qüvvələrinin saytına müraciətə istiqamətləndirir. Burada dövlət qulluqçusu, pilot, ofis işçisi, menecer, mühəndis və dəniz zabiti kimi bir çox fərqli vəzifələr var.

Hökumət ortağı Azad Demokrat Partiyasından deputat Marie-Agnes Strack-Zimmermann alman pasportu olmayan əsgərlərin orduda xidmət göstərərək bu pasportu daha tez əldə etmələrinin mümkün ola biləcəyini deyib

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
  • USD
    1.70
  • EUR
    1.76
  • TRY
    0.05
  • RUBL
    0.02
Teglər

© 2022 - Bütün müəllif hüquqları qorunur