Türkiyədə məhkəmə gigiyena qaydalarına riayət etməyən kişini həyat yoldaşına 16 min yarım dollar ödəməyə məcbur edib .
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Nəşrin yazdığına görə, Ankara sakini ərinin ağzını təmiz saxlamamasından qəzəblənib – əri həftədə bir-iki dəfə dişlərini fırçalayıb. Nəticədə məhkəmə qadını haqlı bilib, onun boşanma tələbini təmin edib və 500 min türk lirəsi (təxminən 16,5 min dollar) məbləğində təzminat təyin edib.
Hüseyn İbadlı